|
Kanallar
Links
| |
| Bax |
| TV izləməkdən daha gözəl! Nə zaman nə istəyirsən onu izlə! |
|
|
| Yüklə |
| Tez yüklə və istədiyin formatda Videonun başlığını yaz. |
|
|
| Bölüş |
| Öz Videonu istədiklərinlə bölüş, Videoları öz otağına yerləşdir |
|
|
Bu gün səciyyələndirilmiş
|
|
|
|
|
Azərbaycan Respublikası Qafqazda
Azərbaycan Respublikası, Qafqazda, böyük bir hissəsi cənub-qərbi Asiyaya, şimalda kiçik bir hissəsi ilə Avropaya daxil olan və Xəzər dənizinə sahili olan dövlət.
Azərbaycan Respublikasının ərazisi - 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir.
Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, Bakı 40° paralel üzərindədir.
Sərhədlərin ümumi uzunluğu 3472km, onun 825 km-i su sərhəddidir. Cənubdan İran-la 765 km və Türkiyə ilə 15 km (bəzi məlumatlarda 13 və ya 11), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Sahil xəttinin uzunluğu - 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86,6 min kv. km-dir.
Dəniz səviyyəsindən ən ucqar nöqtə Bazardüzü (4466), ən aşağı nöqtə isə -28 m Neftçala rayonu ərazisindədir. orta yüksəklik 657 m-dir.
Əhali
2004-cü ilin əvvəlinə Azərbaycan Respublikasının əhalisi 8 milyon 265 min nəfər, o cümlədən 4 milyon 254 min nəfər və ya 51,5 faizini şəhər və 4 milyon 11 min nəfər və ya 48,5 faizini kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisinin ümumi sayından 4 milyon 58 min nəfəri, yaxud 49 faizi kişi, 4 milyon 207 min nəfəri və ya 51 faizi qadınlardır.
Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 26 faizi 0-14 yaşda, 67 faizi 15-64 yaşda, 7 faizi isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 faizi 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhər yerlərində yaşayır.
Əhalinin orta yaşı 31 yaş təşkil edir.
Əhalinin son siyahıyaalınmasının nəticələrinə görə ölkə əhalisinin 86,6 faizi azərbaycanlılar, 2,2 faizi ləzgilər, 1,8 faizi ruslar, 1,5 faizi ermənilər, 5,0 faizi talışlar, 0,6 faizi avarlar, 0,5 faizi türklər, 0,4 faizi tatarlar, 0,4 faizi ukraynalılar, 0,2 faizi saxurlar, 0,2 faizi gürcülər, 0,2 faizi kürdlər, 0,13 faizi tatlar, 0,1 faizi yəhudilər, 0,05 faizi udilər, 0,12 faizi isə digər millətlərdir.
(2005-ci il tahmini)
bakı tanıtım
Qeydlər:
BAKU
Azerbaijan
Azərbaycan
Respublikası
Qafqazda
əlavə edilib: 2007-11-24 | İstifadəçi
Juan
uzunluğu: 295.00 |
Görüntülər: 712 |
Şərhlər: 0
|
|
|
(Hələ qiymət verilməyib)
|
|
|
|
Baku
Şirvanşah I Xəlilüllahın dövründə (1417-1462) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar sarayı kompleksi də bu dövrdə tikilmişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. XV əsrin 2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da genişləndi və diplomatik əlaqələr yaradıldı. 1501 ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı.
Bakı
Səadət sarayı
Səfəvi hökmdarı 1 Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi - Osmanlı müharibələri zamanı 1578 ildə Osmanlı ordusu Bakını tutdu. 1607 ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin inkişafını ləngidən feodal çəkişləmələrinə, dağıdıcı müharibələrə son qoyulması XVII əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. XVI-XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. XVII-XVIII əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda memarlıq, həkkaklıq və s.-nin inkişaf etdiyini göstərir.
Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi strateji əhəmiyyəti XVIII əsrin əvvəllərindən etibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaratdı. 1723-ci il iyunun 26-da I Pyotrun qoşunu Bakıya daxil oldu. Lakin, Rusiya və İran arasında bağlanan Gəncə məqaviləsinə (1735) görə Bakı yenidən İranın hakimiyyəti altina keçdi.
XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. Ara müharibələri bütün Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı. XVIII əsrin 2-ci yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbcana hücumları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən tənəzzülə uğramasına səbəb oldu. 1796-cı ilin yazında II Yekaterinanın əmri ilə general V.A.Zubovun komandanlıq etdiyi rus qoşunları Azərbana yürüş etdi. İyunun 13-də Bakı alındı. 1797-ci ilin əvvəlində general P.D.Sisyanov Bakının komendantı təyin olundu. II Yekaterinanın ölümündən sonra oğlu I Pavel V.A.Zubovu geri çağırdı. Çar qoşunları 1797-ci ilin martında Bakını tərk etdi. XIX əsrin əvvəlində I Aleksandr Xəzər-sahili vilayətləri, ilk növbədə Bakını tutmaq planı ilə xüsusi maraqlanırdı. Rusiya-İran müharibəsi (1804-1813) bu planın həyata keçirilməsini sürətləndirdi. 1805 il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi. 1806-cı ilin əvvəlində general P.D.Sisyanovun qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar zamanı general P.D.Sisyanov öldürüldü. 1806-cı il oktyabrın 6-da Bakı Rusiyaya birləşdirildi. 1807-ci ildə Bakıda 500 ev, 300 000 əhali var idi. 1813-cü ildə bağlanmış Gülüstan sülhü ilə Şimali Azərbaycan, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi. Abşeronda illik neft istehsalı 200-300 min puda çatırdı. 1847-ci ildə Bakının Bibiheybət sahəsində mexaniki üsulla ilk neft quyusu qazılmasına təşəbbüs göstərildi. Bakı neft sənayesinə xarici kapitalın axını başlandı. 1879-cu ildə Bakıda 9 qazıma buruğu vardısa, 1900-cü ildə onların sayı 1710-a çatdı. Bakı nefti dünya miqyasina çıxdı. Neft sənayesi ilə yanaşı Bakıda başqa sənaye sahələri də inkişafa başladı; mexaniki zavodlar, emalatxanalar, tütün fabrikləri, buxar mühərrikləri ilə işləyən dəyirmanlar və s. yarandı. Yeni tikililər, banklar, ticarət və sənaye firmalarının binalarından ibarət idi. 1883-cü il mayın 8-də Bakı-Tiflis dəmir yolu işə salındı. 1899-cu ildə Bakıda ilk konka işləməyə başladı. Hələ 19 əsrin 40-cı illərində Xəzərdə buxar gəmiləri işləyirdi.
Pictures of the beautiful Baku.Enjoy
Qeydlər:
Baku
Azerbaijan
əlavə edilib: 2007-11-24 | İstifadəçi
Juan
uzunluğu: 334.00 |
Görüntülər: 722 |
Şərhlər: 0
|
|
|
(Hələ qiymət verilməyib)
|
|
|
|
Snowing in Baku
It finally snowed in Baku, this is a perfect opportunity to congratulate my friends and all the Azerbaijanis across the globe with the upcoming holidays
Qeydlər:
Baku
Azerbaijan
snow
qar
Baki
Bakı
Azərbaycan
Adnan
bayram
əlavə edilib: 2007-11-24 | İstifadəçi
Juan
uzunluğu: 293.00 |
Görüntülər: 786 |
Şərhlər: 0
|
|
|
(Hələ qiymət verilməyib)
|
|
|
|
|
|
Newest Pictures
Status
| Ümumi videolar | 182172 |
| Şəxsi videolar | 15 |
| Üzvlər | 5544 |
Axırıncı rəylər
5 sonuncu onlayn istifadəçi
|
|
|
|
|
|
|
|
|
|
|
 |
Videolar |
 |
Favorilər |
 |
Dostlar |
|
|
|
|